Çex Respublikasının xarici işlər naziri Karel Şvarsenberqin Azərbaycan Respublikasında insan haqqlarının acınacaqlı vəziyyətə düşməsini tənqid etməsi rəsmi Bakını etirazına səbəb olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib : ““Biz Çex Respublikasının xarici işlər naziri Karel Şvarsenberqin cari ilin 4 mart tarixində Praqa şəhərində “People in Need” təşkilatının mükafatlandırma mərasimində səsləndirdiyi fikirlərə aydınlıq gətirilməsini istəyirik”.
E. Abdullayev bildirib ki, iki ölkə arasındakı qarşılıqlı münasibətlərin intensiv inkişafını və xüsusilə də son zamanlar dövlət başçıları səviyyəsində həyata keçirilmiş səfərləri nəzərə alaraq, bu kimi bəyanat və mülahizələrin səsləndirilməsi ölkələr arasında mövcud münasibətlərin ruhuna uyğun deyil və Azərbaycanla Çexiya arasındakı siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığa xələl gətirə bilər.
Bakıdan Çexiyaya etiraz
