
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiyanın “RİA-Novosti” dövlət informasiya agentliyinin internet səhifəsində “Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşib” başlıqlı məqaləyə xatir rəsmi Moskvaya etiraz edib.
Nazir müavini Mahmud Məmmədquliyev Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxini ilə görüşdə qarşı tərəfin diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasına qarşı yönəlmiş məlumatların Rusiya KİV-də yayılması hallarının son zamanlar geniş vüsət aldığı müşahidə edilməkdədir. Təəssüf hissi bildirən nazir müavini belə yanaşmanın ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindəki fəaliyyətinə kölgə saldığını da vurğulayıb.
Nazir müavini Rusiya Federasiyasının səfirinə etiraz notası təqdim edərək məsələnin arşdırılacağına və müvafiq tədbirlərin görüləcəyinə ümid etdiyini bildirib.
Məlumatı XİN-in mətbuat xidməti yayıb.
