
AzərbaycanXƏBƏRLƏR
Bakının ATƏT-dən sualları var
Azərbaycan tərəfi ATƏT-in Bakı Ofisinin statusunun layihə-koordinator statusunadək endirilməsini istəyir.
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib.
Onun sözlərinə görə, buna səbəb ATƏT-in Bakı Ofisi ilə bağlı Azərbaycan tərəfinin suallarının olmasıdır: “ ATƏT-in Bakı Ofisinin ümumi fəaliyyəti ilə bağlı suallarımız var və təşkilatın üzvü kimi, ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi üçün müraciət etmək hüququna malikik. Təşkilata bununla bağlı məktub göndərilib.”
E. Abdullayev Azərbaycan tərəfinin ATƏT-in Bakı Ofisi ilə bağlı suallarının nədən ibarət olduğunu açıqlamayıb.
XİN sözçüsü əlavə edib ki, ATƏT Azərbaycanın müraciətinə hələlik cavab verməyib.