İndoneziyanın Bali adasında Lombok adasına əksəriyyəti Avropalı turistləri daşıyan gəmidə meydana gələn partlamada ən az bir adam həyatını itirdi, bir çox adam da yaralanıb.
Bali polis spikeri Made Sudana partlamağa bağlı şərhdə iki adamın həyatını itirdiyini, 13 adamın da yaralandığını ifadə etdi. Bəzi qaynaqlar isə qəzada Alman vətəndaşı bir qadın turistin öldüyünü, 14 adamın da yaralandığını bildirdi.
35 sərnişin və 4 ekipaj olduğu feribotta partlamanın mühərrik hissəsində meydana gəldiyi təsbit edildi. Partlamanın səbəbi hələ bilinmir. Yaralılar bölgədəki bir xəstəxanada müalicə altına alındı. Səlahiyyətlilər hadisələ əlaqədar əhatəli bir istintaq icra edir.