Amerikanın pilotsuz təyyarələrinin Əfqanıstanın şərqində yerləşən məntəqələrə hücumu zamanı ən azı iki nəfər həlak olub.
Amerikanın pilotsuz təyyarələri bu gün cümə günü ( 26 iyul) Əfqanıstanın şərqində yerləşən Nurestan vilayətində bir məntəqəyə hücum ediblər ki, nəticədə ən azı iki nəfər həlak olub.
Əfqanıstan dövləti və xalqı dəfələrlə Amerikanın pilotsuz təyyarələrinin hücumlarının dayandırılması zərurətinə təkid ediblər.
Əfqanıstanda sözdə Taliban və müxalif silahlı qruplarla mübarizə hədəfi ilə həyata keçirilən bu hücumlar əksər hallarda əfqan mülkilərin həlak olmasına səbəb olur.