Ban Ki Mun İran xarici işlər naziri ilə telefon əlaqəsi saxlayıb

İran İslam Respublikası xarici işlər naziri ilə BMT-nin baş katibi ikitərəfli əlaqələr və müxtəlif mövzular haqda danışıb fikir mübadiləsi aparıblar.

Ban Ki Mun Zərif ilə telefon danışığında, Suriya mövzusu və Cenevrə-2 iclası ilə əlaqədar hərəkətlərə və səylərə toxunaraq, İranın bu iclasda iştirakının vacibliyi üzərində təkid edib.
BMT-nin baş katibi həmçinin Suriya böhraının həll edilməsi üçün hərtərəfli siyasi çıxış yolunun əldə edilmsində BMT və bütün ölkələrin və təsiredici tərəflərin rolunu vurğulayıb.
İran xarici işlər naziri isə İran İslam Respublikasının prinsipial və açıqcasına mövqeyini açıqlayaraq deyib: Suriya böhranının həlli yalnız siyasi yollarla mümkündür.
Zərif deyib: İran Suriyada toqquşan tərəflər arasında anlaşmanın əldə edilməsi üçün hər bir hərəkəti xüsusiilə də BMT-nin tədbirlərini dəstəkləyir.
İranın diplomatiya idarəsinin sədri bildirib: Suriyanın taleyini müəyyənləşdirmək bu ölkə xalqına aiddir digər amillər isə bu prosesin asanlaşdırlması üçün lazımı addımlar həyata keçirə bilərlər.
BMT-nin baş katibi bu telefon danışığında bir daha İran ilə 5+1 qrupu araında baş tutan müzakirələri dəstəkləyib.

↑
Mobil sürümden çık