Birləşmiş millətlər təşkilatının baş katibi Misirdə ümumi məkanlar və kilsələrə qarşı hücumları pisləyib.
Ban Ki Mun bir bəyanat yayaraq Misirli Qibtilərin kilsələrinin eləcə də ümumu məkanların yandırılmasını kəskin şəkildə pisləyib və Misir rəsmiləri və müxalifət liderlərindən qarşıdurmalara son qoymaq və dərhal danışıqlara başlamağa təşəbbüs göstərmələrini istəyib.
Ban Ki Mun Misirdə qanlı çaxnaşmalardın davam etməsindən nigaran qaldığını bildirərək deyib: Misir xalqının canını mühafizə Misir rəhbərlərinin ən əsas prioriteti olmalıdır.
Bak Ki Mun deyib: Misir cəmiyyətində dərin çat əmələ gəldiyinə görə Misir rəsmiləri və müxalif liderlər danışıqlara başlayaraq qarşıdurmalara son qoymaqda məsuliyyət daşıyırlar.
Misir ordusunun əhalinin üzərinə atəş açması barədə ayrı-ayrı məlumatların yayılmasına rəğmən Ban Ki Mun öz bəyanatında Ordunu və hakim hökuməti bir başa qınamaqdan çəkinib. BMT indiyədək Misir ordusunun Mursi hökumətinə qarşı dövlət çevrilişini pisləməkdən imtina etmişdir.