Site icon İslami Dəvət

Baqai: Kimyəvi və bioloji silahların inkişafı barədə iddialar təcavüzə bəraət qazandırmaq üçün yalandır

Baqai: Kimyəvi və bioloji silahların inkişafı barədə iddialar təcavüzə bəraət qazandırmaq üçün yalandır

İran Xarici İşlər Nazirliyinin sözçüsü Baqai ABŞ rəsmilərinin İranın kimyəvi və ya bioloji silahlar hazırladığı barədə iddialarını tənqid edib. O bildirib ki, ABŞ rəsmiləri İranın nüvə təhdidi barədə “böyük yalanı” yaydıqdan sonra indi də İranın bioloji və ya kimyəvi silahlar hazırladığına dair əlamətlərin mövcud olduğunu iddia edirlər.

Baqai qeyd edib ki, ittihamlar daim dəyişsə də, onların hamısının əsasını eyni təbliğat modeli təşkil edir. O vurğulayıb: “Görünür, onlar dünyanın kollektiv yaddaşsızlığa düçar olduğunu düşünürlər; bu, “Nemonu axtararkən” animasiyasındakı yaddaşını tez itirən Dori balığının vəziyyətinə bənzəyir.”

Exit mobile version