Barak Obama: Nüvə müzakirələrində iranlıların etimadını qazanmaq vacibdir

ABŞ prezidenti nüvə müzakirələrinin davam etməsi üçün iranlıların etimadlarının qazanılmasının vacib olduğu üzərində təkid edib.

Röytersin verdiyi məlumata əsasən, ABŞ prezidenti Barak Obama İran ilə müzakirələrin davam etməsi ilə əlaqədar müxbirlərin sullarını cavablandıraraq deyib: Nüvə müzakirələri başlandığı müdddətdə demək olar k, 10 il müddətində danışıqlarda inkişaf əldə edilib və bu gedişatı İran əleyhinə sanksiyalar tətbiq etməklə əngəlləmək düzgün deyildir.
ABŞ prezidenti eyni halda “bütün seçimlər masa üzərindədir” –deyə həmişəki sözünü təkrarlayaraq bildirib: Müzakirələrin nəticə əldə etmədiyi təqdirdə bu versiyalardan istifadə etmək olar lakin ABŞ konqressinin müzakirələrin davam etdiyi halda İrana qarşı yeni sanksiyalar tətbiq etməsi iranlıların etimadsızlığını gücləndirə bilər.
Barak Obama ABŞ konqressmenlərinin İrana qarşı yeni sanksiyalar tətbiq etmələrini onların təbliğat metodlarının tərkib hissəsi olduğunu bildirərək, konqress üzvlərini hazırkı mövqedə bu kimi hərəkətləri həyata keçirməkdən çəkindirib.
ABŞ konqressmənlərindən bir qrupu, İranın Cenevrədə əldə edilən müvəqqəti anlaşmanı pozması təqdirdə, İran əleyihinə yeni hərəkətlərin həyata keçirilməsi üzrə layihə irəli sürüblər.
ABŞ prezidenti Barak Obama təkidlə bildirib ki, İran ilə nüvə müzakirələrinin davam etdəcəyi müddətdə yeni sanksiyaların tətbiq edilməsi vacib deyil.

↑
Mobil sürümden çık