Suriya ordusu İordaniya torpağından bu ölkəyə silahlı terrorçuların daxil olmasının qarşısını alıb.
Suriyanın SANA İnformasiya Agentliyinin məlumatına görə, Suriya ordusu bu ölkənin cənubunda Rif Dəməşq vilayətində keçirdiyi hərbi əməliyyatda irəliləyib və İordaniya torpağından Dəra ətrafındakı kəndə daxil olmağa cəhd göstərən silahlı şəxslərin qarşısını alıb.
Həmçinin Livan torpağından Suriyaya daxil olmağa cəhd göstərən bir neçə terrorçu Suriya ordusu tərəfindən hədəfə alınıb və öldürülüb.
Başqa bir məlumata görə, hərbi mənbələr Suriya ordusunun Şərqi Qutə, Zəmləka və Ərəbin məntəqələrində silahlı şəxslərin məkanlarını arsenal atəşinə tutduğunu bildiriblər və bu hücumda bir qrup terrorçu öldürülüb.
Türkiyə, İordaniya və Livan kimi ölkələrdən terrorçuların Suriyaya daxil olmaları bu ölkədə əvəzedici müharibənin davam etməsi və güclənməsinin əsas səbəblərindən biridir.
Suriya hökuməti həmişə qonşu ölkələrdən təhlükəsizlik tədbirlərini gücləndirərək terrorçular və silah qaçaqçılarının bu ölkəyə girişinə mane olmalarını istəyib. Lakin bu müraciət silahlı qruplaşmalar və müxalifləri dəstəkləyən Türkiyə və İordaniyanın etinasızlığı ilə üzləşib.