İranXƏBƏRLƏR

BAT: BƏƏ-də insan haqları durumu daha da pisləşibdir

Beynəlxalq Amnistiya Təşkilatı Birləşmiş Ərəb Əmirlikləri başçılarının insan haqları fəaliyyətlərini yatırtmalrını pisləyərək, 94 fəala qarşı ittihamların ləğvini istəyib.

Birləşmiş Ərəb Əmirliklərində 94 siyasi və hüquq fəalı mühakimə olunmaqdadır ki, onların hamısı müxalif qruplarla əməkdaşlıq və milli təhlükəsizliyi pozmağa səy göstərməkdə ittiham edilib.
Bu müttəhimlərin əksər hissəsi İslahat və Sosial Göstərişlər Cəmiyyəti(Əla Səlah)-ın üzvüdür. Onlar illər boyudur ki, dinc şəkildə İslamın göstərişləri və öz cəmiyyətlərində azadlığı müdafiə sahəsində fəaliyyət göstərirlər.
Bu 94 nəfər əslində ümumi cəza qanununun 18-ci maddəsini pozmaqda ittiham olunur və cinayət sübut olunarsa, 15 ilədək həbs cəzasına məhkum olunacaq. Həmin maddəyə əsasən, hökuməti devirmək niyyətində olan qrupların təsisi, idarəsi və onlarda fəaliyyət qadağan olunubdur.
Bu qrupun üzvləri və onlarla əlaqədə olan şəxslər bir zaman rəsmilər tərəfindən təzyiq və repressiyalara məruz ediliblər ki, bir qrup fəal, universitet işçisi, hüquqşünas və tələbə 2011-ci ilin martında rəsmi bir məktubda bu ölkə başçılarından istədi ki, parlament seçkiləri keçirsin və ölkədə daha artıq azadlıqlar yaratsınlar.
BƏƏ-nn kəşfiyyat xidməti bu ərizənin göndərilməsindən sonra bu ölkə boyu siyasi və insan haqları fəallarını yatırtmaq və əziyyət etməyə başladı. Bu pis rəftar indiyədək BƏƏ-də misli görünməmiş bir rəftar olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu