İranXƏBƏRLƏR

Xalq və hüquq-mühafizə qüvvələrinin həmkarlığı ilə İranda ən əmin-aman seçkilər keçirildi

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələri 2013-cü il 14 iyun seçkilərinə hakim kəsilmiş dinclik və təhlükəsizliyi misilsiz və İran xalqının hüquq-mühafizə qüvvələri ilə əməkdaşlığının nəticəsi adlandırıb.

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələri bazar günü bir məlumatda xalqı, İslam İnqilabının Böyük Rəhbəri və xalqın yeni seçdiyi prezidenti təbrik edərək, bildirib ki, İranın hüquq-mühafizə qüvvələri ötən cümə günü İranın dərrakəli xalqı ilə həmkarlıqla ölkə tarixində ən əmin-aman bir seçkini keçirdi.
İranın hüquq-mühafizə qüvvələrinin məlumatında deyilir: İran xalqı seçki məntəqələrində əzəmətli və məsuliyyətli iştirakla özünün birliyi və mədəniliyini bütün dünya xalqlarına göstərdi və digər bir siyasi qəhrəmanlıq yaratdı.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu