Peyk görüntüləri BƏƏ-nin ADNOC şirkətinə məxsus “AL DHANNAH” neft tankerinin raket zərbəsinə məruz qaldıqdan sonra xilasetmə gəmisi tərəfindən yedəyə alındığını göstərir.
Görüntülərə əsasən, xam neft tankeri hədəfə alındıqdan sonra hazırda təhlükəsiz əraziyə aparılır. Hücumu həyata keçirən tərəf və dəymiş zərərin miqyası barədə hələlik əlavə məlumat açıqlanmayıb.
