Bir Amerikalı analitik deyib: ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi bu ölkənin iqtisadi müəssisələri üçün informasiya toplamaq məqsədilə Avropa Birliyinin üzvlərindən casusluq edir.
Dənni Şeçter sonra deyib: Amerikanın casusluq hədəfləri olduqca böyük arenanı əhatə edir və hətta Avropa Birliyinin iqtisadi müəssisələri belə ABŞ-ın casusluqları hədəfinə çevriliblər.
Bu siyasi təhlilçi həmçinin deyib: Amerikanın casusluq hədəfləri yalnız başqa ölkələrin siyasi şəxsiyyətlərindən casusluq habelə siyasi hədəflərlə bitmir, əksinə Amerikanın casusluq təşkilatları özlərinin casusluq hərəkətlərində iqtisadi hədəfləri də izləyirlər.
Şeçter öz söhbətlərinin davamında deyib: Amerikanın casusluq fəaliyyətlərində diqqəti cəlb edən məsələ budur ki, hətta Amerikanın dostları və müttəfiqləri, o cümlədən sionist rejim belə, ABŞ-ın casusluq hədəfləri sırasında olublar.

