
İran İslam Respublikasının prezidenti Tehran-Roma əlaqələrinin genişləndirilməsi potensialının məhdudiyyətsiz olduğunu bildirib.
İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad bu gün bazar günü Tehranda İtaliyanın İrandakı yeni səfiri Loka Canesneti ilə görüşdə İranla İtaliya arasındakı hərtərəfli əlaqələrin keçmişdəkindən daha artıq genişləndirilməsi zərurətinə təkid edərək, deyib: “ İran İslam Respublikası İtaliya ilə dostcasına əlaqələrin genişləndirilməsinə və dərinləşdirilməsində heç bir məhdudiyyətə malik deyil”.
İran İslam Respublikası prezidenti həmçinin dünyada azsaylı bir qrupun öz mənafelərini, başqaları ilə düşmənçiliyə və toqquşmalara rəvac verməkdə gördüklərini bildirib və deyib: “ Onlar heç vaxt bu yolda müvəffəq olmayacaqlar. Çünki hazırda xalqların ədalət və məhəbbətin bərqərar edilməsi üzrə ümumi istəkləri, sel kimi istilaçılıq və kinlilik ardınca olan şəxsləri özü ilə aparacaqdır.
İtaliyanın İrandakı yeni səfiri Loka Canesneti də bu görüşdə özünün etimadnaməsini İran İslam Respublikası prezidentinə təqdim edərək, müxtəlif ticarət, sənaye və kommunal xidmətlər üzrə sektorlarda İranla İtaliya arasında əlaqələrin və əməkdaşlıqların genişləndirilməsini istəyib.
