Beynəlxalq Qarabağ Konfransının elmi komitəsinin katibi Qafqaz regionu məsələləri üzrə ziyalı, alim və tədqiqatçılar və qələm sahiblərindən Qarabağın azad olunması amalının gerçəkləşməsi üçün 5 mehvərdə, tarixi və coğrafi, mədəni və ictimai, siyasi və beynəlxalq əlaqələr, iqtisadi və beynəlxalq hüquq sahəsində öz əsərlərini bu konfransın katibliyinə göndərmələrini istəyib.
Doktor Pərğu deyib: Bu konfrans Qarabağ barəsində iranlı, qafqazlı və beynəlxalq ziyalılar üçün eyni aspektdə düşüncənin yaradılması, Qarabağın tarixi həqiqətlərinin elmi cəhətdən bəyan olunması, Qarabağ müharibəsinin həqiqi səbəblərinin müəyyənləşməsi, dünyanın müsəlman azərbaycanlılarının ümumi fikrinin məlumatlandırılması, Qarabağ münaqişəsinin uzanması prosesi və səbəblərinin araşdırılması, Qarabağ böhranı barəsində İranın fəaliyyətinin yenidən diqqətdən keçirilməsi, Qarabağla əlaqədar regional həmrəylik və fikir ayrılıqları barəsində ölçünün götürülməsi, Qarabağ barəsindəki şifahi tarixin toplanılması, Qarabağın ehtimal olunan nəticələri və perspektivlərinin araşdırılması məqsədilə günəş təqvimi ilə 1392-ci il aban ayında (oktyabr-noyabr) Təbrizdə keçiriləcək.
Doktor Pərğunun sözlərinə görə, Qarabağ beynəlxalq konfransı 12 universitet, elmi və mədəni müəssisənin iştirakı ilə keçirilir və maraqlananlar öz məqalələrinin xülasəsini 19 avqusta qədər və məqalənin özünü isə 1 oktyabra qədər bu konfrans katibliyinə göndərməlidirlər.