” Beynəlxalq sülh və təhlükəsizlik sionist rejim tərəfindən pozulur”

İran İslam Respublikasının prezidenti Fələstin xalqı ilə beynəlxalq həmrəylik günü münasibəti ilə verdiyi müraciətdə sionist rejimi beynəlxalq sülh və təhlükəsizliyin aşkar pozucusu adlandırıb.

 
İran İslam Respublikasının prezidenti- Həsən Ruhani İranın BMT-dəki səfiri və daimi nümayəndəsi- Məhəmməd Xəzayi tərəfindən Nyu-Yorkda BMT Baş Assambleyasında oxunmuş olunmuş Fələstin xalqı ilə beynəlxalq həmrəylik günü münasibəti ilə verdiyi müraciətində bildirib ki, sionist rejim aşkar surətdə beynəlxalq sülh və təhlükəsizliyi heç bir məsuliyyət qəbul etmədən təhlükəyə salıbdır.
Ruhani bu müraciətdə deyib: Ötən 65 ildə Fələstinin işğalı beynəlxalq səviyyədə ən mürəkkəb siyasi və hüquqi məsələlərdən biri olubdur ki, Fələstin xalqının özünün qanuni və ilkin hüquqlarından məhrum olmasına bais olub.
Ruhani əlavə edib: Bu dövranda işğalçı rejim beynəlxalq hüquqlara məhəl qoymadan və beynəlxalq konvensiya və qətnamələri pozmaq, çoxlu sayda hərbi cinayətlər törətmək, irqi təmizləmə və aparteid siyasətini həyata keçirmək, insan haqlarını geniş və mütəşəkkil formada pozmaq və dövlət terrorizmi həyata keçirmək, sionist qəsəbələr salmaq, nüvə silahları və digər kütləvi qırğın silahları əldə etməklə beynəlxalq səhnədə başağrısı və problem yaradan bir fenomenə çevrilibdir.
İran prezidenti həmçinin BMT Əsasnaməsinin 51-ci maddəsinə uyğun olaraq, “Qanuni beynəlxalq hüququn qanuni müdafiəsi və təcavüz qarşısında özünü müdafiə”ni və işğal olunmuş ərazilərin azad edilməsi və fələstinlilərin öz evlərinə geri dönmələrini, Fələstin xalqının qanuni haqqı adlandırıb.
Ruhani bu müraciətdə demokratiya prinsipinə əsaslanan İran İslam Respublikası tərəfindən irəli sürülmüş həll yoluna təkid edərək, belə qeyd edib: Bütün Fələstin xalqı, o sıradan müsəlmanlar, yəhudilər və xristianlar tale təyin etmək və öz hakimiyyətini seçmək üçün meydana girməli və azad, ədalətli və beynəlxalq qanunlar və standartlara uyğun olan bir referendum keçirməklə öz talelərini təyin etməlidirlər.
İran prezidenti habelə İİR-nın məzlum Fələstin xalqının kənarında dayanmaq və onu dəstəkləməsini davam etdirmək əzmini vurğulayıb.

↑
Mobil sürümden çık