“Əfqanıstan ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalamaq niyyətində deyil.
Bu sözləri ölkə başçısı Həmid Kərzai bildirib. Əfqan prezident “The Washington Post” qəzetinə müsahibəsində həmçinin deyib ki, əvvəlki mövqeyində qalıb və sülh danışıqlarına başlamadan rəsmi Vaşinqtonla heç bir razılaşma imzalamayacaq.
Həmid Kərzai daha sonra vurğulayıb ki, Əfqanıstana koalisiya qoşunlarının 2001-ci ildə daxil olması heç bir müsbət dəyişikliklə nəticələnməyib: “Amerikanın ölkəmizə daxil olması bizə heç bir xeyir gətirmədi. Onlar istədiyi məqsədə hələ də çata bilməyiblər. ABŞ Əfqanıstanda əhaliyə görə deyil, öz məqsədləri üçün qalmaq istəyir.”