Ərdəbil ostanı Gömrük İdarəsinin baş direktoru deyib: Azərbaycan Respublikası vətəndaşlarının rifahı və onların gediş-gəlişinin sadələşdirilməsi istiqamətində Biləsuvar gömrüyü Novruz bayramı istirahət günlərində gecə-gündüz fəaliyyət göstərəcək.
Əli Əsğər Abbaszadə Ərdəbildə xarici ticarətin inkişafı üzrə keçirilən iclasda Novruz günlərində Biləsuvar gömrüyünün bütün sutka ərzində fəaliyyət göstərəcəyini bildirib və deyib: Bu gömrük Novruz bayramı günlərində gecə-gündüz vətəndaşlara xidmət edəcək ki, Azərbaycan Respublikası vətəndaşları heç bir problem və məhdudiyyət olmadan səfərlərini gerçəkləşdirə bilsinlər.
