İranın mədəniyyət və Suriyanın vəqflər nazirləri vəhhabiliyə qarşı mübarizə aparmaq üçün müştərək bir telekanalın təsis edilməsi haqda razılığa gəliblər.
Suriyanın vəqflər naziri Məhəmməd Əbdülsəttar bu görüşdə deyib: bu işdə məqsəd həm də vəhhabiliyi təbliğ edən telekanalların yerini doldurmaqdır. Biz bu yolla islam məzhəbləri arasında yaxınlığa nail olmaq istəyirik.