Beyrutun Cənubi Zahiyə məntəqəsində cümə axşamı gecə baş verən terror partlayışı və həlak olan vətəndaşların 18 nəfərə çatması ardınca, Livanın istefaya getmiş baş naziri Nəcib Miqati bu gün cümə gününü ölkədə matəm elan edib.
Miqati cümə axşamı günü televiziya müsahibəsində Beyrutun Cənubi Zahiyə məntəqəsindəki teraktı pisləyib və əlavə edib: Belə terror aktları Livanda fitnə və təfriqə yaratmaq və vəziyyəti de-stabil etmək məqsədilə törədilir və biz ölkə vəziyyətinin təhlükəli olması ilə əlaqədar livanlı qruplara dəfələrlə xəbərdarlıq etmişik.
Livanı fitnə və təfriqənin yaranmasından uzaq saxlamağı vurğulayan Miqati bildirib: Livanda fitnənin baş verməsi sionist rejimin xeyrinədir və bu rejim bu vəziyyətdən daha çox faydalanır. Buna görə, əl-ələ verməsək, ölkəni xilas edə bilməyəcəyik.
“Ayişə” adlı sələfi terror qruplaşması Cənubi Zahiyədə yerləşən əl-Ruyis məntəqəsindəki terror aktının məsuliyyətini üzərinə götürüb.