FələstinİranSuriyaXƏBƏRLƏR

İranda Beynəlxalq Qüds Günü yürüşlərinin yekun bəyanatı

Beynəlxalq Qüds Günü yürüşü bu gün cümə İranda milyonların iştirakı ilə baş tutub və yürüşün sonunda bir qətnamə qiraət olunub.

İranda Qüds Günü yürüşünün yekun qətnaməsində Fələstin məsələsi üçün yeganə həll yolu kimi qəsbkar İsrail rejiminin ləğv edilməsi, bütün fələstinlilərin öz torpaqlarına geri qayıtması və Fələstin xalqının taleyini təyin etmək üçün bütün fələstinlilərin iştirakı ilə azad və şəffaf referendumun keçirilməsinə təkid edilib.
Bu qətnamədə Beytül-Müqəddəs və əl-Əqsa məscidinin sionistlərin işğalından azad edilməsi İran İslam İnqilabının ideyalarından hesab edilib və bildirilib ki, yalnız birlik, vəhdət və intifazə yolu ilə bu məqsədə nail olmaq olar.
Qətnamədə Fələstin, Livan və Suriyada İslam Müqavimətinə hərtərəfli dəstəyin verilməsi və İsrail adlı xərçəng şişinin yer üzündən silinməsi İslam Dünyasının başlıca prioriteti adlandırılıb və sülh müzakirələrinin İslam Ümmətini doğru yoldan yayındırmaq üçün ABŞ-ın başlıca hiyləsi olduğu bildirilib.
İranda Qüds Günü yürüşünün yekun qətnaməsində həmçinin, İsrail rejiminin Fələstinin milli və tarixi kimliyinin məhv edilməsi habelə, işğal edilmiş ərazilərin yəhudiləşdirilməsi və Beytül-Müqəddəsi qondarma İsrail rejiminin paytaxtı kimi tanıtdırılması üzrə səyləri pislənilib.
Bu qətnamədə həmçinin, deyilir: Misirdə cərəyan edən hadisələr hegemonçuluq quruluşunun sionist İsrail rejiminin təhlükəsizliyini təmin etmək, İslam Müqaviməti cəbhəsini zəiflətmək və İslam Oyanışı qarşısında maneə yaratmaq üzrə mənfur və nəhs planının bir parçasıdır. Belə bir vəziyyətdə Misir xalqı hegemonçuluq quruluşunun fitnələri qarşısında öz ayıqlığını qorumalı və tədbirli olmalıdır.
İranda Qüds Günü yürüşünün sonunda qiraət olunan qətnamədə Suriyada cərəyan edən olayların və toqquşmaların da hegemonçuluq quruluşu ilə irticaçı ərəb rejimlərinin İslam Müqaviməti və anti-İsrail cəbhəsini yaramaq üçün birgə planı olduğu bildirilir.
Bu qətnamədə həmçinin deyilir: Avropa Birliyinin Livan Hizbullahının hərbi qanadının terrorçu təşkilatlar siyahısına salınması üzrə gülünc hərəkəti bir daha sübut etdi ki, Qərb terrorizm fenomeni ilə ikili davranışa malikdir. Bunun isə Qərb üçün növbəti rüsvayçılıqdan başqa bir töhfəsi olmayacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu