Özünü yandıran bir ərəbistanlı etirazçı yaralarının ağırlığı üzündən həyatını itirib.
Ərəbistanda sosial vəziyyətin dözülməz həddə çatmasına və bu ölkəyə hakim kəsilmiş boğucu və qapalı siyasi atmosferə etiraz olaraq, özünü yandıran Əli Cəbri Əl-Hərisi yaralarının ağırlığı üzündən vəfat edib.
Bu arada bir qrup narazı və qəzəbli Ərəbistan vətəndaşı Ali-Səud rejiminin xalqın tələblərinə və ölkədə yoxsulluğun genişlənməsinə laqeyd yanaşmasına etiraz olaraq, Ərəbistan polisinin Ər-Riyad şəhərində yerləşən mərkəzi qərargahı önündə aksiya keçirib
Amerika prezidentinin keçmiş müşaviri Brus Ridel Ərəbistanda yoxsulluq fenomeninin həddindən artıq genişlənməkdə olduğunu bildirərək, Ərəbistanda inqilabın baş verməsi və Ali-Səudun xalqın qəzəbinə tuş gəlməsi ehtimalı haqda xəbərdarlıq edib.
Ərəbistan xüsusilə bu ölkənin şərq hissələri, iki ildən bəri dinc xalq aksiyalarının şahididir. Aksiyaçılar bu ölkədə siyasi məhbusların azad edilməsi, sosial ədalətin bərqərar edilməsi, ayrı-seçkiliklərin aradan qaldırılması və siyasi islahatların aradan qaldırılmasını istəyirlər. Bu dinc aksiyalar, Ali-Səud rejiminin təhlükəsizlik qüvvələrinin repressiyaları ilə üzləşməkdədir.