AsyaDünyaİranXƏBƏRLƏR

Qərb şirkətləri İrana qarşı sanksiyaların ləğvini tələb ediblər

İri qərb şirkətləri dövlətləri tərəfindən İrana qarşı tətbiq edilmiş sanksiyaların ləğv edilməsini tələb ediblər.

Gənc Müxbirlər Klubunun verdiyi məlumata əsasən, Fransada nəşr olunan Lezako qəzetinin portalı məlumat verib ki, böyük qərb şirkətləri İrana qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi üçün öz hökumətlərini təzyiqə məruz edirlər.

Ötən çərşənbə axşamı günündən etibarən İranlı müzakirəçi heyət ilə 5+1 qrupu müzakirəçiləri, Vyanada yekun anlaşma sənədini hazırlamağa başlayıblar.

Bu qəzet yazıb ki, bu bir reallıqdır ki, böyük qərb şirkətləri də İrana tətbiq ediən sanksiyaların ləğvi üzərində israrlıdırlar və İran ilə ticarət əlaqəsi yaratmaqda maraqlı olduqları üçün ölkə başçılarına qarşı təzyiqləri gücləndirməyə başlayıblar.

Fransada çıxan bu qəzetin yazdığına əsasən, İrana qarşı sanksiyaların tətbiq edilməsi nəticəsində yalnız pejo şirkəti 10 min peşə fürsətini itirib və bu şirkətin gəliri xeyli tənəzzül edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu