Bir tibb mənbəyi bildirib ki, bu gün səhər Sina Səhrasında hərbi postlara edilən hücum zamanı 1 əsgər həlak olub.
Bu mənbə bildirir ki, silahlı şəxslər bir polis mərkəzi və hərbi postlara hücum ediblər ki, nəticədə bir hərbçi həyatını itirib.
Bir təhlükəsizlik mənbəyi də bildirib ki, əl-Curə məntəqəsində bir yoxlama-buraxılış məntəqəsinə edilən hücumda 2 əsgər yaralanıb.
Hələ ki, heç bir qrup bu hadisələrin məsuliyyətini üzərinə götürməyib.