
Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilində yerləşən əl-Xəlilin şimalında fələstinlilərə hücumu nəticəsində bir qrup fələstinli yaralanıb.
Sionist hərbçilər bu gün fələstinlilərlə toqquşublar. Sionist hərbçilərin gözyaşardıcı qazlardan istifadə etməsi nəticəsində bir qrup fələstinli yaralanıb. Yayılan məlumatlara görə bu toqquşmalar davam edir.
Əl-Xəlil şəhəri sakinləri bu gün İsrail rejiminin irqçi siyasətlərinə və sionist həbsxana məmurlarının işgəncəsi nəticəsində fələstinli əsir Ərəfat Cəradatın şəhid olmasına etiraz olaraq aksiya keçirib və sionist rejimə qarşı şüarlar səsləndiriblər.
İsrail rejimi əl-Xəlil sakinlərinin Ərəfat Cəradatın dəfn mərasiminə hazırlaşmaları ardınca bu şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Sionist hərbçilər sionist şəhərcik sakinlərinin əl-Əqsaya hücum etməsi ilə baş verən toqquşma ardınca bir qrup fələstinlini həbs ediblər.
3 gənc də bu gün səhər Selfitin qərbində əl-Zaviyə məntəqəsində həbs olunub.
Sionist rejim həbsxanasında Ərəfat Cəradatın şəhid edilməsi İordan çayının qərb sahili və Qəzzə zolağındakı fələstinlilərin qəzəbinə səbəb olub.