Bjezinski: Suriya böhranını Qətər və Ərəbistan yaratdı

Ağ Evin Milli Təhlükəsizlik rəhbərinin sabiq müşaviri Qətər və Ərəbistan rejimlərini Suriya hadisələrində amil adlandırıb.

Ağ Evin Milli Təhlükəsizlik rəhbərinin sabiq müşaviri Zbiqnev Bjezinski ABŞ-ın National İntersat xarici siyasət qəzeti ilə müsahibədə deyib: Qətər və Ərəbistanın diktatura rejimləri Suriya hadisələrini yaradıblar və ABŞ, Rusiya və Çin böhranın həlli üçün həll yolu tapmaq ardınca olmalıdırlar.

Bzejinski əlavə edib: 2011-ci ilin əvvəlində Suriya hadisələri Yaxın Şərqin tanınmış müstəbid iki rejimi yəni Qətər və Səudiyyə Ərəbistanının təhriki və təşviqi ilə başlandı və qəfildən elan olundu ki, Suriya prezidenti kənarlaşdırılmalıdır.

Amerikalı köhnə siyasətçi xatırladıb: ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi general David Petrausun dövründə Qətər və ƏRəbistana kömək üçün irimiqyaslı səylər göstərdi və müxtəlif üsullarla onlarla türklər arasında əlaqə qurdu. Amma demək olmaz ki, ABŞ-ın Suriya qarşısındakı mövqeyi stratejidir və bəlli deyil ki, nə üçün ABŞ qəfildən Suriya hökumətini məhv etmək və qarşıdurma yaratmaq fikrinə düşüb. Bu barədə ABŞ xalqına açıqlama verilməyib.

Bjezinskinin sözlərinə görə, suriyalı müxalifləri silahlandırmaqda müdaxilə Vaşinqtonun imicini məchul vəziyyətlə üzləşdirdi və sonda düşmənlərin güclənməsinə kömək edir.

Sionist rejimin əlavə qüdrəti ələ keçirməsi ilə regiona nəzarət edə bilməsi ilə əlaqədar bəzi şəxslərin qənaətini tənqid atəşinə tutan Bjezinski deyib: Əhalisi 6 milyondan çox olmayan kiçik və artıqtamah bir rejimin Yaxın Şərqə istilasını təsəvvür etmək cilovlanmayacaq röyadan başqa bir şey deyil.

Bjezinski həmçinin etik və humanitar əsasları ABŞ-ın Suriya məsələlərindəki müdaxiləsinin amili hesab edən şəxsləri lağa qoyaraq deyib: ABŞ yaxşı duyğulara malik olub, lakin dünyanın məsələləri ilə az tanışlığı vardır.

↑
Exit mobile version