Pakistanda mülki vətəndaşların ABŞ pilotsuz təyyarələrinin hücumu ilə həlak olmaları barəsində təhqiqat aparan BMT-nin bir heyəti bildirib ki, bu avia hücumlar İslamabadın hakimiyyət hüququnu pozur.
BMT təhqiqat heyətinin rəhbəri Ben Emerson bir bəyanatda bildirib: Pakistan hökuməti ona ABŞ pilotsuz təyyarələrinin hücumları nəticəsində ən azı 400 mülki vətəndaşın həlak olduğunu deyib. Məlumatı Səhər telekanalı internet portalı verib.
“Pakistan hökumətinin mövqeyi tamamilə aydındır. İslamabad Amerikanın Pakistan ərazisində pilotsuz təyyarələrdən istifadə etməsinə razı deyil və bu hərəkəti Pakistanın ərazi bütövlüyü və hakimiyyət hüququnun pozulması hesab edir” –deyə Emerson söyləyib.
Emersonun sözlərinə görə, bu hücumlar bir ölkə torpağında həmin ölkə hökumətinin razılığı olmadan zorakılıq və qüvvədən istifadəyə şamil olur və buna görə Pakistanın hakimiyyət hüququnun pozulması deməkdir.
Pakistan rəsmiləri bu hücumları bu ölkə hakimiyyətinin pozulması olaraq pisləyiblər.
Londonda yerləşən Faktaraşdırıcı Jurnalist idarəsi fevral ayında bir hesabatda bildirib ki, ABŞ 2004-cü ildən indiyə qədər pilotsuz təyyarələrlə Pakistanı 360 dəfə hücuma məruz qoyub və ən azı 3 min 500 nəfər qətlə yetirib.
Pakistanlılar ötən bir neçə ayda Birləşmiş Ştatlar tərəfindən Pakistanın hakimiyyət haqqının pozulmasının pislənilməsi məqsədilə aksiyalar təşkil etmişlər.
