İranın yüksək rütbəli bir hərbçisi Əl-Qaidə ilə mübarizə üçün İraqın İrandan yardım istəməsi haqdakı məlumatın doğru olub, olmaması haqda deyib: Əgər İraq müşavirə və ya təchizat xarakterli yardım istəsə, biz yadım edərik.
İranın Silahı Qüvvələrinin Baş Qərargahının komandanının Locistik və Hazırlıq və təmin məsələləri üzrə müavini Korpus Generalı Məhəmməd Hicazi bu gün bazar günü günortadan sonra, bəzi iraq qəzetlərinin, Əl-Qaidə əleyhinə müştərək əməliyyat üçün, İraqın İran və Amerikadan yardım istəməsi haqdakı xəbər barədəki suala cavabda deyib: Mən bu haqda məlumatlı deyiləm. Amma əgər İraq, İrandan yardım istəsə, İran mütləq onu müsbət cavabla qarşılayacaq.
Korpus Generalı Məhəmməd Hicazi bu yardımın Amerika ilə müştərək formada ola bilməsi haqda olan suala cavabda deyib: Amerika ilə müştərək formada yardım ola bilməz. Bizim Amerika ilə əlaqəmiz yoxdur. əgər İraq müşavirə və təchizat üzrə yardıma ehtiyacı olarsa, əlimizdən gəldiyi qədər bu yardımları onların ixtiyarına verə bilərik. Amma İraqın qüvvəyə ehtiyacı yoxdur.