İngiltərə parlamentində İran-İngiltərə dostluq qrupunun sədri deyib: Suriya böhranının yeganə çıxış yolu İran İslam Respublikasının Cenevrə 2 konfransında iştirak etməsindən ibarətdir.
İngiltərənin keçmiş xarici işlər naziri Cək Strav ötən gün (çərşənbə 8 yanvar) Tehranda keçirdiyi mətbuat konfransında, Londonun təkfirçilərin Suriyada törətdiyi cinayətləri ilə bağlı mövqei və İngiltərə vətəndaşlarının da Suriyayada olması haqda yalnız deyib ki, bütün ölkələrdən Suriyada iştirak ediblər və onların bəzilərinin İngiltərə vətəndaşı olduqları ehtimalı üçün İngiltərə polisi və rəsmiləri belə bir addımın həyata keçirilməsininin qarşısını almalıdırlar.
Strav İranın Cenevrə 2 iclasındakı iştirakı haqda isə deyib: İran İslam Respublikası heç bir ön şərt irəli sürülmədən və kamil şəkildə Cenevrə sülh konfransında iştirak etməlidir.
O İngiltərə hökumətinin media məsələləri və Press TV-nın Avropa peyk yayınlarından İranın press TV kanalının yayımlanmasının qarşısının alınması barədə yalnız bildirib: Press TV-nın yayımlanmasının dayandırılması üzrə qərarla bağlı parlament yaxud hökumət heç bir məsuliyyət daşımır və bunun əsas tərəfi İngiltərədə fəaliyyət göstərən Rabitə Mərkəzi AFKAM-dır.
Cək Strav həmçinin İran ilə 5+1 qrupu müzakirələrini dəstəkləyərək, Cenevrədə əldə edilən anlaşmadan razı qaldığını bildirərək, ümidvarlıq edib ki, tam anlaşmanın əldə edilməsi nəticəsində uran İranda zənginləşdiriləcək və tərəflər bununla bağlı qərar qəbul edəcəklər.
Strav Qərbin İrana qarşı birtərəfli sanksiyalar tətbiq etməsinə gəldikdə isə deyib: Sanksiyalar heç bir şəxsin marağı istiqamətində deyil və ikitərəf sanksiyaların həyata keçilməsindən zərər-ziyana məruz qalıblar.