Rusiyanın prezidenti Vladimir Putin Amerikanın casusluq proqramlarının ifşa edicisi Edvard Snodenin Vaşinqtona təhvil verilməyəcəyini deyib.
Çərşənbə günü (4 sentyabr) Sankt Peterburqda 20-lər qrupunun dövlət başçılarının toplantısı astanasında bu fikri səsləndirən Vladimir Putin deyib: Rusiya-Amerika arasında cinayətkar şəxslərin mübadiləsi haqda saziş sənədinin olmamasını nəzərə alaraq Moskva, Amerikanın Milli Təhlükəsizlik Agentliyinin sabiq işçisi Edvard Snodeni Vaşinqtona təhvil verməyəcək.
Putin xatırladıb: Rusiya ,Snodendən Amerikanın gizli proqramları haqda heç bir məlumat almayıb və belə bir məlumatlarla da tanış olmaq istəmir.
Qeyd edək ki, Snoden təqribən 2 ay bundan öncə Qardiyan qəzeti ilə müsahibədə Amerikanın casusluq proqramlarının cəhətlərini ifşa etmişdir.