Yüzdən artıq pakistanlı qanunverici ABŞ-ın pilotsuz təyyarələrdən istifadə edərək, Pakistanın şimal-qərb məntəqələrini hava hücumlarına məruz etməsinə qarşı aksiya təşkil edib.
Pakistanın Milli və Əyalət məclislərinin yüzdən artıq üzvü paytaxt İslamabadda Parlament binası qarşısında piket keçirərək, ABŞ və Pakistanın baş naziri Nəvaz Şərif hökumətinə qarşı şüarlar səsləndiriblər.
Onlar, Nəvaz Şərif hökumətini bu məsələ ilə bağlı ikili siyasət yürütməkdə ittiham edib və Pakistan ərazisindən istifadə edərək Əfqanıstandakı NATO və ABŞ qüvvələrinə tədarükatın göndərilməsi yolunun bağlanmasını istəyiblər.
Pakistanın Təhrike-İnsaf Partiyasının lideri Ümran Xan bu etiraz aksiyasında deyib: Bizim ölkə başçılarımız ikili siyasət yürüdürlər. Onlar amerikalılara bir şey deyir, xalqa isə onun tam əksini söyləyirlər.