DünyaXƏBƏRLƏR

BMT-də ABŞ-ın Kubaya qarşı sanksiyaları pislənilib

BMT Baş Assambleyası səs çoxluğu ilə bir qətnamə təsdiqləyərək 22-ci dəfə olaraq ABŞ-ın Kubaya qarşı iqtisadi embarqosunu pisləyib.
Röytersin məlumatına görə, Kuba xarici işlər naziri deyib: ABŞ-ın Kuba qarşısında 1959-cu ildən yürütdüyü bu siyasət vəhşilik və bir növ soyqırımıdır.
193 üzvü olan BMT Baş Assambleyası 188 lehinə səslə “ABŞ-ın Kubaya qarşı iqtisadi, ticarət və maliyyə sanksiyasına son qoyulmasının zəruriliyi” adı altında bu zərurət daşımayan qətnaməni təsdiqləyib.
Bu qətnamənin əleyhinə səs verməkdə Amerikaya qoşulan yeganə tərəf sionist rejim olub.
Ötən ildə də bu sayda lehinə səslə oxşar qətnamə təsdiqlənib və onun yeganə fərqi bu olub ki, Sakit okeanda yerləşən cırtdan ölkə Palau İsrail və ABŞ-la birlikdə bu qətnamənin əleyhinə səs vermişdi. BMT Baş Assambleyasının builki səsverməsində hər üçün Sakit okeanın adalarından olan Palau Mikroneziya və Marşalla birlikdə bu qətnaməyə bitərəf səs verib.
Bundan öncə də Birləşmiş Ştatların prezidenti seçilmiş Barak Obama Amerikanın Kuba ilə qədim düşmənçilik əlaqələrinə yenidən baxmaq niyyətində olduğunu deyib. Lakin Obama öz vədinə əməl etməyib və bu Kuba hökumətinin naümidliyinə səbəb olub.
Kuba xarici işlər naziri Bruno Rodrigez BMT Baş Assambleyasının iclasında deyib ki, Amerikanın iqtisadi, ticarət və maliyyə sanksiyalarından yaranan insani xəsarətlər hesab olunası deyildir.
Rodrigez əlavə edib: Bu sanksiyalara görə Kubaya tətbiq olunan iqtisadi xəsarətlər 1 trilyon 126 milyard dollardır və bu sanksiyaları 1948-ci il Cenevrə konvensiyasına əsasən bir soyqırımı adlandırmaq olar.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu