
Suriya müxalifətinin lideri sayılan Əhməd Məaz Xətib Türkiyənin Suriyaya hərbi müdaxiləsi ehtimalı haqda xəbərdarlıq edib.
Səhər kanalı internet portalının məlumatına görə, Əhməd Məaz Xətib çərşənbə axşamı Anadolu xəbər agentliyi ilə müsahibədə deyib: Türkiyənin Suriyaya hərbi müdaxiləsi regional qüdrətlərin də müdaxiləsinə yol aça və bütün Yaxın Şərqi təhlükə ilə üzləşdirə bilər.
Türkiyənin Suriyanın daxili işlərinə həddən artıq müdaxilə etməsi Dəməşq hökuməti ilə yanaşı müxalifətin də narazılığına səbəb olub.
