İraqda 30 Apreldə edilən ümumi seçkilərdə, Bərzaninin partiyası KDP, Kürdüstan bölgəsində səs itkisinə məruz qalmasına baxmayaraq zəfərini elan edərkən İraq prezidenti Cəlal Talabani’nin lideri olduğu KYB isə yenidən ikinci partiya oldu. Kərkük və ətrafında isə kürdlər seçimi açıq ara ilə qabaqda tamamlayarkən KYB’nin namizədi qubernator seçildi.
Türkmənlər isə seçkilərdə xəyal qırıqlığı yaşadı. 20 milyon seçicilər olan İraqda şiddət hadisələrinə baxmayaraq sandığa iştirak yüksək oldu. İraqda seçicilərin yüzdə 60ı sandığa gedərkən, kürd bölgəsində iştirak yüzdə 73 olaraq reallaşdı.
328 yerlik parlament üçün 9 min namizəd yarışdı. Qəti nəticələr üçün sayma davam edərkən Baş nazir Nuri Əl Malikinin Qanun Dövləti ittifaqının birinci partiya çıxmasına qəti gözüylə baxılır.