Livan hava zolağının sionist rejim tərəfindən pozulmasının geniş şəkildə pislənilməsi BMT-ni məcbur edib ki, Livan hakimiyyətinə qarşı sionist rejimin hərəkətlərinə gec də olsa, reaksiyasını elan etsin.
BMT baş katibinin sözçüsü- Martin Nesirski bu barədə deyib: Livanda BMT Sülh Qüvvələri- YUNİFEL rəsmi şəkildə sionist rejimin hərbi təyyarələrinin Livan ərazisi üzərində uçuşlarının artmasına etiraz edib.
Martin Nesirski bildirib ki, bu uçuşlar BMT qətnamələrini, o cümlədən sionist rejimi Livanın hakimiyyətinə qarşı istənilən hərəkətdən çəkindirən bu təşkilatın 1701 bir saylı qətnaməsini açıq-aşkar şəkildə pozur.
Qeyd etmək lazımdır ki, bir müddət öncə Livan hökuməti sionist rejim tərəfindən bu ölkənin hava zolağının pozulmasının davam etməsi barəsində BMT-nin ciddi reaksiya verməsini istəyib.
Bu barədə rəsmi Beyrut BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayaraq, bu şuradan sionist rejimə təzyiq tətbiq etməklə həmin rejimi Livanın hava zolağı, dəniz və quru ərazilərini pozmağı dayandırması və 1701 saylı qətnaməyə əsasən bütün öhdəliklərini icra etmək istiqamətində addım atmasını istəyib.
Xatırladaq ki, sionist rejimin Livan hakimiyyətinə qarşı hərəkətlərinin güclənməsinin ardınca bu ölkə prezidenti- Mişel Süleyman da beynəlxalq ictimaiyyətdən istəyib ki, İsrail rejiminə ölkəsinin hava zolağını pozmasına son qoyması, eləcə də BMT-nin 1701 saylı qətnaməsinə sadiq qalması üçün təzyiq göstərsin.
Sionist rejim Livanın hava zolağını pozmağı artırmaqla nümayiş etdirib ki, Livanda ekspansianist siyasətlərini genişləndirmək üçün fürsət axtarır. Bu məsələ ümumi fikrin sionist rejimin hərbi hərəkətlərinin güclənməsindən nigaran olmasına səbəb olub.