BMT Misirdə aksiya iştirakçılarına qarşı qanlı repressiyanın araşdırılmasını istədi

BMT-nin insan haqları üzrə baş komisarı Navi Bilavi Misirdə çevrilişlə hakimiyyətdən kənarlaşdırılan prezident Məhəmməd Mursinin tərəfdarlarına qarşı qanlı repressiyanın araşdırılmasını tələb edib.

Bilavi bir bəyanat yayaraq, deyib: Müstəqil, bitərəf, hərtərəfli və şəffaf bir araşdırmanın aparılması ilə Misir təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarına qarşı rəftarı dəyərləndirilməlidir. Bu işdə səhvə yol verən şəxslər müəyyən edilməlidir. Bu şəxslər baş verənlərin məsuliyyətini qəbul etməlidirlər.
BMT-nin insan haqları üzrə baş komisarı əlavə edib: Ölən və yaralananların sayı hətta dövlət statistikalarına görə, həddən artıq güc tətbiq edilməsindən xəbər verir.
Bilavi həmçinin, bütün misirli qruplardan istəyib ki, faciənin önlənilməsi üçün öz mövqelərindən geri çəkilsinlər.
O, çoxlu sayda insanın öldürülməsindən nigaranlıq edərək, Misir rəsmilərindən hazırkı böhrandan çıxış yolu tapmalarını istəyib.
Bilavi Misirin təhlükəsizlik rəsmilərindən də istəyib ki, maksimum təmkinli davransınlar və tamamilə qanun çərçivəsində rəftar edərək, insan haqlarına riayət etsinlər.
O həmçinin, bəzi müxalif qüvvələrin dini və icitmai məkanlara hücumları ilə bağlı xəbərlərdən nigaranlıq edib.
Bilavi deyib: Çərşənbə günü baş vermiş qanlı hadisələr Misirdə yaranan iki qütblüyün nə dərəcədə təhlükəli olmasından xəbər verir.

↑
Mobil sürümden çık