BMT müfəttişlər qrupu bu gün Suriya ordusu ilə Terrorçu qruplar arasında gedən toqquşmalarda kimyəvi silahlardan istifadə edilməsi mövzusunu araşdırmaq üçün Suriya paytaxtı Dəməşqə daxil olub.
BMT müfəttişlər qrupu bir neçə həftə öncə də Suriyanın şimalında kimyəvi silahlardan istifadə məsələsini araşdırmaq üçün ərazidə olmuş və Suriyada bu kimi silahlardan istifadə olunduğunu təsdiqləyən hesabat yaymışdı.
Qərb Suriya ordusunu Kimyəvi silahlardan istifadə etməkdə ittiham edərək bu ölkəni hərbi müdaxilə ilə hədələyib.
Suriya hökuməti isə bu ittihamı rədd edərək bildirib ki, terrorçu qruplar xarici müdaxiləyə zəmin yaratmaq məqsədi ilə Suriyanın şimalında kimyəvi silahlardan istifadə ediblər.