BMT-nin işğal olunmuş ərazilərdə insan haqları üzrə xüsusi hesabatçısı- Riçard Falk bir qrup şəxsin ümumi fikri sionistlərin cinayətlərindən yayındırmaq məqsədi ilə onu antisemitizmdə ittiham etməsinə işarə edərək, bildirib ki, öz vəzifəsindən kənara çəkilməyəcək.
Riçard Falk BMT-nin baş katibi- Ban Ki Munu özünə qarşı təxribatçılıq dalğası ilə yanaşı olmaqda ittiham edərək, deyib: ABŞ və sionist rejim çalışırlar ki, işğal olunmuş ərazilərdə insan haqlarının pozulması barədə düzgün informasiyanın yayılmasının qarşısını almaq üçün məni təzyiq altda qoysunlar.
Falk həmçinin öz vəzifəsinin sionist işğalçılığı altında Qəzzə sakinlərinin kütləvi şəkildə cəzalandırılmaları kimi onların durumu haqda həqiqətləri açıb bildirmək olduğunu bildirib.
Qeyd edək ki, Riçard Falk BMT-nin İnsan Haqları Şurasına olan hesabatlarında sionist rejimin 2008-ci ildə “22 günlük müharibə” adını almış Qəzzəyə qarşı hücumunu “bəşəriyyət əleyhinə cinayət” kimi təqdim edib və Fələstində sionist şəhərciklərin salınmasında işğalçılara kömək edən orqanların sanksiya edilmələrini istəyibdir.
BMT-nin bu ekspertinin kəskin tənqidləri buna gətirib çıxarıbdır ki, sionist rejim, Kanada və Amerika şiddətlə onu məzəmmət edərək, istefa üçün onu təzyiq altında qoysunlar.