BMT-nin baş katibi bir daha İranın AEBA ilə həmkarlığını yüksək qiymətləndirib

BMT-nin baş katibi İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə həmkarlığına və Cenevrə müzakirələrinə görə, İrana təşəkkür və minnətdarlıq edib.

Ban Ki-moon BMT Baş Assambleyasının üzvlərinə olan hesabatında İran ilə beş üstəgəl bir qrupu arasındakı müzakirələri şərh edib. O, həmçinin Amanonun Tehrana səfəri və İran dövlətinin Tehranın nüvə fəaliyyətləri üstündə iki tərəf arasında yerdə qalan ixtilafların həlli üzrə səylərini yüksək dəyərləndirib.
BMT-nin baş katibi əhatəli və yekun bir razılaşmaya nail olma üzrə səylərin davam etməsinə işarə edərək, ümidvarlıq edib ki, tərəflər qarşıdakı bir ayda yekun razılaşmaya nail olacaqlar.
Yukiya Amanonun noyabrın on birində Tehrana səfəri zamanı İran və agentlik müştərək bir bəyannamə imzalayıblar.

↑
Mobil sürümden çık