BMT-nin xüsusi məruzəçisi: sionist rejimin nüvə silahları Yaxın Şərqi hədələyir

BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi nüvə silahları ilə silahlanmış İsraili Yaxın Şərqin təhlükəsizliyinə qarşı ciddi təhdid adlandırıb.

Riçard Falk sionist rejimin nüvə təhlükəsi haqda deyib: Bir daha təkid edirəm ki, İsrail təhdidə məruz qalmayıb, İsrailin özü Yaxın Şərq üçün böyük bir təhdiddir. Əslində İsrail regionda ən böyük hərbi qüdrətdir və istədiyi zaman öz ordusundan istifadə edir. İsrail öz ordusu ilə digər ölkələrin müstəqilliyini və ərazi bütövlüyünü dəfələrlə təhdid və təcavüzlər edib. İsrail regionda nüvə silahına malik olan yeganə tərəfdir. Mənə görə, İsrail yürütdüyü siyasətlərlə yalnız özünü deyil, bütün regionu təhlükəyə atır.

↑
Mobil sürümden çık