BMT-nin Təhlükəsizlik Şurası Moskvanın Dəməşqdəki səfirliyinə edilən təcavüzü pisləyib.
İtartasın məlumatına görə, – BMT-nin Təhlükəsizlik Şurası noyabrın 28-də bir bəyanatda Moskvanın Dəməşqdəki səfirliyinə edilən hücumdan təəssüfləndiyini qeyd edərək bu hücumu terrorçu hərəkət sayıb.
Daxil olan məlumata əsasən. – BMT-nin Təhlükəsizlik Şurasına üzv ölkələr sözügedən hadisədə qurban gedənlərin ailə üzvləri və yaxın adamlarına başsağlığı veriblər. Həmçinin törədilən bu dəhşətli terror aktının birbaşa ya dolayısı şəkildə təsiri altında qərar tutan şəxslərin dərdinə şərik çıxıblar.
Cümə axşamı günü ( 28 noyabr ) Dəməşqdə Rusiya səfirliyinə qarşı törədilən təcavüzdə , bir nəfər ölüb , daha 9 nəfər yaralanıb.
Yaralıların bir qrupu səfirliyin mühafizəçilərindən olmuşdur.
Rusiyanın Suriyadakı səfirliyi ötən bir həftə ərzində iki dəfə terrorçuların hücumuna məruz qalıb.