BMT-nin Yaxın Şərq sülh prosesi üzrə koorinatoru İsrail rejiminin əsiri olan fələstinli fəal Ərəfat Cəradatın zindanda ölməsi ilə bağlı şəffaf və müstəqil araşdırmaların aparılmasını istəyib.
Robert Seri bazar ertəsi günü Ərəfat Cəradatın qətlə yetirilməsini qınayaraq, fələstinli məhbusların hüquqlarının İsrail rejimi tərəfindən pozulması prosesinin durdurulmasını tələb edib və deyib: BMT aclıq aksiyasına başlamış fələstinli əsirlərin vəziyyətindən nigarandır.
R.Seri əlavə edib: BMT heç bir ittiham irəli sürülmədən və mühakimə edilmədən İsrail zindanlarında saxlanılan fələstinli məhbusların ya azad edilməli ya da ədalətli şəkildə mühakimə olunmalı olduqlarını bildirib.
30 yaşlı fələstinli əsir Ərəfat Cəradat ötən həftə zindanda həyatını itirib. Zindan rəsmiləri onun ölüm səbəbini infarkt elan ediblər.
BMT sionist İsrailin əsiri olan fələstinli məhbusun ölümü haqda şəffaf olmağı istədi
