Azərbaycanda nüfuzlu ruhanilər barədə “qara piar”
“Azərbaycanın nüfuzlu ruhanilərini hədəf alanların arxasında olduqca böyük qüvvələr durur”
” Bunu Aypara.tv-yə açıqlamasında Furqan İctimai Birliyinin sədri, ilahiyyatçı filosof Vüqar İsgəndərov açıqlamasında bildirib.
Azərbaycan ruhanilərinə qarşı mətbuatdakı qarayaxmalarla bağlı filosof bunları dedi: “KİV-də son günlər bəzi ilahiyyatçılarla bağlı böhtan xarakterli məlumatlar barədə xüsusən bunu demək istəyirəm: Əvvəla bu özü cnin cəmiyyətdə və xüsusəsn olduqca sürətli dəyişən ictmiai həyatda önəmli rola malik olmalarının göstəricisidir. İkincisi və ən əsası – Ruhanilərin gündəmə kimlər tərəfindən və hansı mövzu üzərində gətirildiklərinə diqqət etdikdə bir çox məsələlər aydın olur. Məsələ budur ki, ölkə gündəmində olan vahhabilik olduqca sürətlə nüfuz itirməkdədir. Bu itən nüfuz isə öz yerini sağlam dindarlığa təhvil verir. Bu isə olduqca böyük qüvvələri narahat etməyə başlayıb. Bunu ilahiyyatçılar barədə yalan məlumat yayan mənbələrin hansı qüvvələrə yaxın olması ilə də yoxlaya bilərsiz. Bu qüvvələr dərhal hərəkətə keçərək ölkədə nüfuz sahibi olan ilahiyyatçılar barədə “qara piar” başladaraq onları hədəfə çevirmək niyyətindədirlər. Fikir verin, yayılan böhtan xarakterli məlumatlara çox kəskin və olduqca çox reaksiyalar verildi. Sizcə o yalanları yayanlar bunu hesablamamışdılarmı ki, bu yalanlara görə kəskin reaksiyalarla üz-üzə gələcəklər? Əlbəttə, hesablamışlar və elə bunu da istifadə etməyə cəhd edəcəklər. İndi bu qara qüvvələrin başqa təmsilçiləri yuxarılara inandırmağa çalışacaqlar ki, bəs filankəslərin xalq içində və ictimai-siyasi həyatda çox ağır çəkiləri var və gələcəkdə bunu hakimiyyətə qarşı istifadə edə bilərlər. Mən bütün oyunun bu senari üzərində oynanıldığı qənaətindəyəm.”
