BMT son İraq partlayışlarını pisləyib

BMT-nin İraqa göndərilmiş elçisi- Martn Kupler bu ölkənin bir neçə vilayıtində baş vermiş partlayışları pisləyib və İraqın siyasi məsul şəxslərindən hazırki problemlərin həlli üçün danışıqlar aparmalarını istəyib.

BMT-nin rəsmi sözçüsünün müavini- Edvard Del Buy bir mətbuat konfransında deyib: Baş katibin İraqa göndərilmiş nümayəndəsi- Martin Kupler İraqın bəzi şəhərlərindəki izdihamlı məntəqələrdə bomba qoyulmuş avtomobillərlə həyata keçirilmiş və onlarla günahsız insanın həlak olması və ya yaralanması ilə nəticələnmiş son hücumları kəskin tənqid atəşinə tutub.
Dell Buy Kuplerə istinadla əlavə edib: Günahsız vətəndaşları hədəfə alan bu nifrətedici cinayətləri əsaslandırmaq olmaz.
Bazar günü bomba yerləşdirilmiş avtomobillərlə İraqın cənub və şiələr yaşayan şəhərlərində həyata keçirilmiş hücumlarda 23 nəfər həlak olub, 133 nəfər də yaralanıbdır. Kupler İraqın bütün siyasi rəhbərlərindən dialoq və xoşməramlılıq göstərmələri və İraqın hələ də üzləşdiyi bütün əlaqədar problemlərin həlli üçün ciddi qərar çıxarmalarını istəyib.

Exit mobile version