AsyaAzərbaycanDünyaXƏBƏRLƏR

Avropa Məhkəməsi gələn ay Möhsün Səmədovun işinə baxacaq

“Azərbaycan hökuməti oktyabr ayının 24-nə qədər AİP lideri Möhsün Səmədovla bağlı Avropa Məhkəməsinin ünvanladığı sorğunu cavablandırmalıdır. Yalnız bundan sonra məhkəmə prosesinə start veriləcək.”

Bu sözləri AİP lideri Möhsün Səmədovun vəkili Anar Qasımlı bir həftə əvvəl partiya sədrinin məhkəmə işi ilə bağlı İslaminsesi.org saytına açıqlama verərkən qeyd edib. Vəkillə əlaqə saxlayaraq vəziyyətlə maraqlandıq.
Anar Qasımlı bildirdi ki, Avropa məhkəməsinin sorğusuna cavab bu gün göndəriləcək:
”Bizə yəqin ki, sorğunun cavabı barədə məlumat yalnız bir aydan sonra çatacaq. Onlar rəsmi məlumatları poçt vasitəsilə göndərirlər və bu müddət adətən 25-30 gün çəkir. Yəqin ki, Avropa məhkəməsi noyabr ayında bu məsələyə baxacaq.
Hacının Qobustana köçürülməsi ilə bağlı apelyasiya məhkəməsindən isə hələ də bildiriş almamışıq və məhkəmənin dəqiq tarixi bizə məlum deyil.“

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu