Dünən elmlər namizədi, islamçı fəal Hacı Seyid Musarza Heydərovun məhkəmə iclası keçirilib.
Bu barədə İslamazeri.az-a vəkil Dilqəm Ağayev məlumat verib.
O, qeyd edib ki, “dünən Sabunçu rayon məhkəməsində Hacı Musarza Heydərovun işindən ilkin baxış iclası keçirilib. Biz məhkəmədə Hacı Musarzanın həbs qəti-imkan tədbirinin dəyişdirilərək azadlığa buraxılması ilə bağlı vəsatət qaldırdıq. Vəsatətimiz təmin olunmadı. Növbəti məhkəmə iclası aprel ayının 7-i saat 11:00-a təyin olundu. Məhkəmə iclası açıq keçiriləcək.”
Qeyd edəb ki, Seyid Musarza Heydərov 30 noyabr 2013-cü ildə həbs olunub.
Hacı Seyid Musarza Heydərov Əlyazmalar İnstitutunun elmi işçisidir. O həmçinin elmlər namizədi, çox sayda elmi məqalələrin müəllifidir.