BMT Suriyada insan haqları vəziyyəti barəsində verdiyi son hesabatında bu ölkədəki müxalif silahlı qruplaşmaları insan haqlarını pozmaq və müharibə cinayəti törətməkdə ittiham edib.
Səhər telekanalı internet portalının əl-Aləm telekanalına istinadən verdiyi məlumata görə, BMT-nin Suriya barəsində müstəqil təhqiqat komissiyası tərəfindən yayımlanan bu 100 səhifəlik hesabatda din və siyasi düşüncəsinə əsasən əhalinin kütləvi şəkildə edam olunmasında əli olan “Xalq komitələri” adlı müxaliflərin regional və yerli silahlı mafiyaları tənqid atəşinə tutulub.
BMT insan haqları hesabatında “xalq komitələri”ndəki cinayətkar ünsürlərin nüfuzuna toxunulub və bu komitələr beynəlxalq qanunları pozduğu və müharibə cinayətləri törətdiyinə görə ittiham olunublar.
Bu hesabatda əhalisi çox olan şəhər və kəndlərə hücumlar və kamikadze partlayışları ilə bağlı bir çox hallara toxunulub və müxalif silahlı qruplaşmalar insan haqlarını pozduğu və vətəndaşları qəsdən hədəfə aldığına görə ittiham olunublar.
Suriya insan haqları təhqiqat komitəsinin rəhbəri Paulo Pinrionun nəzarəti ilə yayımlanan BMT insan haqları hesabatında əlavə olunur: Hökumətə müxalif silahlı qruplaşmalar 15 yaşdan aşağı uşaqlardan əsgər və döyüşçü kimi sui-istifadə edirlər.
Bu hesabatda həmçinin silahlılar tərəfindən BMT sülhməramlılarının girov götürülməsi tənqid olunub və bu məsələ Suriyanın vətəndaş müharibəsində zorakılıq və kobudluğun artmasının nişanəsi adlandırılıb.
