SuriyaXƏBƏRLƏR

BMT suriyalı didərginlərin qeyri-münasib vəziyyəti haqda xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatının Didərginlər üzrə Agentliyi suriyalı didərginlərin acınacaqlı vəziyyəti haqda xəbərdarlıq edərək, bu didərginlərin cinsi zorakılıqlara, məcburi işləməyə və başqa çətin vəziyyətlərlə üz-üzə olduqlarını bildirib.

Birləşmiş Millətlər Təşkilatının Didərginlər üzrə Ali Komissarlığı UNHCR tərəfindən yayımlanan hesabata görə bir çox azyaşlı didərgin məktəbdən məhrum edilirlər yada ki, müharibə üçün Suriyaya geri qaytarılmaq üçün qruplara daxil olmağa məcbur edilirlər.

Bu beynəlxalq təşkilat bildirib ki, bu təhlükə yalnız uşaqlarla məhdud edilmir və böyük yaşlılar da bu qaydadan istisna edilmirlər. Bu elə bir haldadır ki, bütün didərginlər, o cümlədən gənclər məcburi işə vadar edilirlər.

BMT-nin Didərginlər üzrə Ali Komissarlığı həmçinin daha çox qadınları və uşaqları hədələyən təhlükə kimi cinsi zorlama haqda da xəbərdarlıq edib.

Bu təşkilat bildirib: Didərginlər bəzi məkanlarda siyasi və cinahi ünsürlər tərəfindən onlara tətbiq edilən təzyiqlərlə qarşılaşmağa naçardırlar.

Bu hesabatda bildirilib ki, həm mütəşəkkil cinayətkar şəbəkələr, həm də Suriya dövləti ilə müxalif olan qruplar özlərinin siyasi və maliyyə hədəflərinə çatmaq üçün didərginlərin düşərgələrində bəzi hərəkətlərə əl atırlar.

BMT-nin bildirdiyinə görə Suriyadakı gərginliklərdə 100 mindən çox insan dünyasını dəyişib, 8.7 milyon nəfər isə didərgin düşüb.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı