İnsan Haqlarının Pozulması üzrə Araşdırma Komitəsinin sədri Suriyaya silah göndərilməsinin nəticələri haqda xəbərdarlıq edib.
Paulo Piniro xəbərdarlıq edib ki, Suriyaya silah göndərilməsinin artması bu ölkədə hərbi cinayətlərin şiddətlənməsinə səbəb olur.
O, Suriyaya silah göndərən ölkələrin ondan istifadənin nəticələrində məsuliyyət daşıdıqlarını bildirib.
Digər tərəfdən, Amerikanın Suriyanın kimyəvi silahdan istifadə etdiyini iddia etməsinə rəğmən, Piniro vurğulayıb ki, Suriya ordusunun kimyəvi silah işlətməsi barədə bir sənəd yoxdur.